...

Azərbaycanda islamın inkişaf etdiyini görmək fərəhlidir- İran parlamentinin spikeri (video)

Cəmiyyət Materials 23 Noyabr 2007 17:17 (UTC +04:00)
Azərbaycanda islamın inkişaf etdiyini görmək fərəhlidir- İran parlamentinin spikeri (video)

Azərbaycan, Bakı, / Trend , S. Ağayeva / Cümə günü İranın Ali Şurasının (parlament) sədri Qulaməli Həddad Adel Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxüsislam Hacı Allahşükür Paşazadə ilə görüşündə bildirib ki, Azərbaycanda islamın inkişaf etdiyini görmək fərəhlidir. "Hökumət dövlətin əsas dini kimi islamın inkişafına və möhkəmlənməsinə böyük diqqət ayırır" - deyə Adel bildirib. İran parlamentinin sədrinin sözlərinə görə, Azərbaycan və İranı tarixi köklər birləşdirir, hər iki ölkə arasında münasibətlər yaxşı səviyyədədir və gələcəkdə də inkişaf edəcək. "Sovet dövründə Azərbaycanda cəmi 18 məscid fəaliyyət göstərirdi, bu günsə, hər kənddə minarələr ucaldılır" - deyə şeyxülislam deyib. "İran, çətin günlərində Azərbaycanla olub və biz inanırıq ki, bu həmişə belə olacaq". İran parlamentinin rəhbəri Azərbaycana bu gün gəlib və elə həmin gün də prezident İlham Əliyevlə görüş keçirib. Səfər çərçivəsində, Milli Məclisdə, hökumətdə görüşlər keçiriləcək, sabahsa, nümayəndə heyəti Gəncəyə yola düşəcək.

Xəbər lenti

Xəbər lenti