...

Nadir Qafarzadə yenə özünü heyvana bənzətdi

Cəmiyyət Materials 3 Dekabr 2007 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

Bu gün "Space" telekanalında yayımlanan "8-104" verilişinin qonağı müğənni Xatirə İslam olmalı idi. Amma bu gün "8-104"də Xatirə İslamı deyil, Nadir Qafarzadəni görənlər, şübhəsiz ki, təəccübləndilər.

Canlı efirə dəvət olunan müğənni Nadir Qafarzadə "Gəl qaytar eşqimi" mahnısını ifa etdi. Verilişə SMS göndərən tamaşaçılardan biri N.Qafarzadədən nəyə görə özünü "əjdaha" adlandırmasının səbəbini soruşdu. Müğənninin cavabı belə oldu: "Bir dəfə maqazin verilişlərinin birində mənə sual verdilər ki, özümü hansı heyvana bənzədərdim. Mən də bildirdim ki, əjdahaya. Deməyəcəkdim ki, siçana. Elə o vaxtan adım qaldı əjdaha Nadir".

Özünü ən qorxunc heyvana bənzətməyi az qala igidlik hesab edən Nadir yaradıcılığından danışanda, yeni klip çəkdirdiyini qeyd etdi: "Mən "Füzuli" kantatasına klip çəklişlərini bitirmişəm. İnşallah, bu yaxınlarda həmin klipə təqdimat keçirəcəyəm. Bundan əlavə, bəstəkarlar Novruz Aslan və Gövhər Həsənzadə ilə yeni mahnılar üzərində işləyirəm".

Sabah verilişin qonağı Xatirə İslam olacaq. Yaşayarıq, görərik.

Xəbər lenti

Xəbər lenti