...

İstanbulda "Heydər Əliyev və çağdaş Azərbaycan dövlətçiliyi" adlı kitabın təqdimatı keçiriləcək

Cəmiyyət Materials 6 Dekabr 2007 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Türkiyənin İstanbul şəhərində Azərbaycanın sabiq prezidentinin fəaliyyəti ilə bağlı yeni kitabın təqdimatı keçiriləcək. "Heydər Əliyevin anım günü ilə bağlı "Heydər Əliyev və çağdaş Azərbaycan dövlətçiliyi"adlı kitabının təqdimatı keçiriləcək"- cümə axşamı Trend ə Azərbaycanın İstanbuldakı Baş konsulu Səyyad Aran bildirib.

Azərbaycanın sabiq prezidenti Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.

Aran bildirib ki, kitabda Azərbaycan və Türkiyə tələbələrinin Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı yazıları əksini tapıb. Baş konsulun sözlərinə görə, anım günü Heydər Əliyevin İstanbuldakı heykəli qarşısında da tədbir keçiriləcək.

Xəbər lenti

Xəbər lenti