...

Rasim Balayev 60 yaşını qeyd etməyə hazırlaşır

Cəmiyyət Materials 7 Dekabr 2007 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /müx. TrendLife Günel Əhmədova/

Xalq artisti Rasim Balayevin baş rolu ifa etdiyi "Qala" filmi üzərində iş tamamlanmaq üzrədir. Hazırda ekran işinin səsləndirmə prosesi gedir. Çox guman ki, "Qala" ilin sonuna kimi təhvil veriləcək. Bu barədə TrendLife-a məlumat verən R.Balayev rejissor Ayaz Salayevdən yeni təklif aldığını da deyib:

"Onun layihəsi ekspert şurasında qəbul olunub və gələn il film çəkməlidir.Salayev mənə birlikdə işləməyi təklif edib. Hələlik aramızda şifahi söhbət olub".

60 yaşı yaxınlaşan aktyor yubileyini təntənəli keçirmək niyyətində olmadığını bildirib:

"Dövlətdən yubiley tədbiri gözləmirəm. Yəni dövləti narahat etmək istəmirəm. Xalq artisti adını almışam, ev veriblər, daha nə etməlidilər? Ad günümdə dostlarla yığışıb, yüngül tədbir keçirərik".

Xəbər lenti

Xəbər lenti