Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ Azərbaycanlı cüdoçu Ramil Qasımovun zədəsı sağalır və o, növbəti ilin əvvəlinədək forma yığa bilər. Pekinə getməyə real namizəd olan atlet əməliyyat keçirib. Lakin indi o sağalır və ümumi qrupda məşqlərə başlayır. "Mən özümü kifayət qədər yaxşı hiss edirəm və mənə yalnız optimal forma yığmaq qalıb. Bunun üçün kifayət qədər vaxt var. İrəlidə bizi kvalifikasiya startları gözləyir" - Qasımov bildirib. Rotterdamda, Dünya Superkubokunda, Bakıda Dünya Kubokunda qazanılan bürünc medallara görə Ramil, Avropa Cüdo İttifaqının (EJU) reytinqində 7-ci yerə qalxıb və Olimpiadaya yola düşməyə yaxşı şansı var.