...

Tolik "Show time"ı barmağına dolayıb

Cəmiyyət Materials 11 Dekabr 2007 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

"Lider" TV-nin yayımladığı "Show time" mahnı yarışmasında dünən növbəti gözlənilməz hadisələr yaşandı. Ötən cümə layihəni tərk edən Mr.Tolik və onun komandasını yenidən müsabiqədə görmək tamaşaçıları da təəcübləndirməli idi. Bəli, Tolik yenidən layihəyə qayıtdı, amma bu dəfə də sonadək duruş gətirə bilmədi...

Qeyd etmək lazımdır ki, müsabiqənin dünənki turu tamaşaçıların Tolikin veirilişdən getməsinə səs verməsilə yadda qaldı. Yarışmanın ortasında son vaxtlar "Show time"ın ərköyün iştirakçısına çevirilən Mr.Tolik hamını təəcübləndirən addım atdı. Layihədən çıxdığını bəyan edən prodüser "mən müsabiqəni tərk edirəm, sabah mətbuat konfransı keçirib, bu yarışmanın nə qədər saxta olduğunu hər kəsə sübut edəcəm"-dedi. Tolikin getməsinə digər həmkarlarının münasibəti belə oldu:

Asif Kərimov: "Tolik tamaşaçılara, iştirakçılara, həmkarlarına qarşı böyük hörmətsizlik etdi. Keçən dəfə gedəndə onun addımına hörmətlə yanaşdıq. Dedik cavandır, təcrübəsizdir. Yadınızdadırsa, mən demişdim ki, biz eyni səviyyədə deyilik, çünki ondan belə hərəkət gözləyirdim. Biz üç gün idi ki, işimizi-gücümüzü atıb, hər vasitə ilə onu layihəyə qaytarmağa çalışırdıq. Verilişin sonuna on dəqiqə qalmış yenə layihəni tərk etdi. Öz iştirakçılarını da dolayıb barmağına. Bu oyundur. Hər kəs udub-uduzmağı bacarmalıdır. Mən bu layihəyə gələndə biinici olmaq üçün gəlməmişdim. Burada səsvermə gedir, kim çox SMS toplasa, qalib sayılır".

Namiq Qafarov: "O bir dəfə getdi, sonra yenidən qayıtdı. Əvvəla, mən canlı yayımdan qetsəydim, heç vaxt geri qayıtmazdım. Onun qayıtmasına mən neytral mövqedən yanaşdım. Ona ikinci dəfə şans verildi, amma yenə eyni hərəkətini təkrarladı. Özü bilər. Daha ona yalvaran deyilik".

Anar Mədətov: "Tolik düzgün etmədi. O, sadəcə, mübarizədən qorxdu. Amma insan gərək hər şeyə hazır olsun. Çünki həyatda mübarizə olmasa, yaşamağın heç bir anlamı qalmaz. Tolik üçün yəqin belə məsləhətdir".

Xəbər lenti

Xəbər lenti