...

Mənə elə maşın lazımdır ki, jurnalistlər həmin maşında rahat olsunlar-müğənni Coşğun Viləş

Cəmiyyət Materials 13 Dekabr 2007 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /müx. TrendLife Amal Rübai/

Hazırda bir çox müğənnilər öz maşınlarını daha bahalı modellərə dəyişirlər. Bəziləri belə maşınları öz puluna, bəziləri kredit, bəziləri isə borc edib, alırlar. Bax, elə həmkarlarından dala qalmamaq üçün müğənni Coşğun Viləş də öz maşınını dəyişmək arzusundadır.

"Mən öz maşınımı satıb, xarici maşın almaq niyyətindəyəm. Əlbəttə , mənim çox bahalı maşın almağa imkanım yoxdur. Özünüz bilirsiniz, Cip, Meresedes markalı maşınlar necə bahadır. Müğənnilərin xərci də çoxdur. Mahnılar, aranjirovka, yeni layihələr, klip çəklişləri, təqdimatlar... Elə vaxt olur ki, tədbirlərdən çıxanda jurnalistlər mənə deiyrlər ki, "bizi də apar". Maşının balacalığından jurnalistləri bir-birlərinin qucağında aparmaq lazım gəlir. Ona görə də elə maşın almalıyam ki, jurnalistlərə rahat olsun".

.

Xəbər lenti

Xəbər lenti