Azərbaycan, Bakı, 14 dekabr /müx. TrendLife Rəna Şirəliyeva/
Bu gün Fransız mədəniyyət mərkəzində Jorj Sandın "Koroğlu" adlı kitabının təqdimatı keçiriləcək. TrendLife-ın verdiyi məlumata görə, bu kitab fransız, Azərbaycan və rus dilində təqdim olunacaq.
Onu da qeyd edək ki, J.Sand "Koroğlu" dastanını ingilis dilindən fransız dilinə tərcümə edib. Dastan 1842-ci ildə ilk dəfə " La Revue independante" jurnalında nəşr edilib.