...

Baxılan müraciətlər arasında həbsdə olan jurnalistlər də var - Əfv komissiyasının üzvü

Cəmiyyət Materials 19 Dekabr 2007 15:11 (UTC +04:00)
Baxılan müraciətlər arasında həbsdə olan jurnalistlər də var - Əfv komissiyasının üzvü

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda növbəti əfv fərmanının imzalanması üçün Prezident yanında Əfv komissiyası iclasları gündəlik keçirməyə başlayıb. "Əfv komissiyasının baxdığı müraciətlər arasında həbsdə olan jurnalistlər də var. Çox güman ki, əfv olunmaq üçün Azərbaycan prezidentinə müraciət edənlərin adları növbəti əfv fərmanına düşəcək" çərşənbə günü Trend ə Əfv komissiyasinin üzvü, millət vəkili Vaqif Səmədoğlu bildirib.

1995-ci ilin iyulundan bu günədək Azərbaycan prezidenti tərəfindən 42 əfv fərmanı imzalanıb. Əfv fərmanları 4584 məhkuma şamil olunub. Onların böyük əksəriyyəti cəzasının qalan hissəsini çəkməkdən azad olunub, digər qisminin isə cəzası yarıya qədər azaldılıb. İmzalanmış əfv fərmanı ilə 41 yetkinlik yaşına çatmayan, 168 əlil, xəstə və qoca, 77 qadın cəzasını çəkməkdən azad olunub. Həmçinin əfv fərmanları ilə ömürlük azadlıqdan məhrum edilmiş 28 məhkum bağışlanıb. Onların bir neçəsi cəzasını çəkməkdən azad olunub, bir qisminin cəzası isə 25 ilə endirilib. Azərbaycanda peşə fəaliyyətinə görə 8 jurnalist həbsdədir.

Səmədoğlu Əfv komissiyasında yüzlərlə müraciətə baxıldığını deyib. Onun sözlərinə görə, Əfv komissiyasının siyahısı növbəti əfv fərmanına hazırdır. "Azərbaycan prezidenti nə vaxt tələb etsə, komissiya siyahını prezidentə təqdim edəcək" Səmədoğlu əlavə edib.

Dekabrın 31-i, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində növbəti əfv fərmanının imzalanacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti