...

Bilal Əliyev "El atası" qızıl nişanına layiq görüldü

Cəmiyyət Materials 25 Dekabr 2007 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr /müx. TrendLife Günel Əhmədova/

Əməkdar artist Bilal Əliyev "El gücü" Beynəlxalq Humanitar Assosiasiyası tərəfindən "El atası" qızıl döş nişanı və diplomuna layiq görülüb. Aldığı mükafatdan fərəhlənən müğənni TrendLife-a bundan sonra da xalqın etimadını doğruldacağını, sənəti ilə daim Azərbaycanın adını uca tutacağını deyir.

"El atası" qızıl döş nişanı 1999-cu ildən bu günə kimi cəmi 10 şəxsə verilib. Bu il də yalnız mənə nəsib oldu. Onu da bilirəm ki, mədəniyyət işçilərindən xalq artisti, professor Arif Babayev alıb".

Qeyd edək ki, "El atası" qızıl döş nişanı Azərbaycanın milli bayrağı və 8 guşəli ulduzdan ibarətdir. Guşənin mərkəzində ümumilli lider Heydər Əliyevin şəkli öz əksini tapıb. Əməkdar artist indiyədək bir sıra mükafatlara və diplomlara layiq görüldüyünü xatırlatdı. Bunlardan önəmlisinin məhz Heydər Əliyevin ona verdiyi fəxri adın olduğunu deyir. Növbəti yeri isə məhz "El atası" döş nişanı tutur: "Bəzi sənətçilər bir neçə mükafata layiq görüləndən sonra yerə-göyə sığmır, öyünməyə başlayır. Hər yerdə "artıq öz sözümü demişəm" deyir. Bir sözlə, "mənəm-mənəm" kəlməsi dilindən düşmür. Mən isə belə xüsusiyyətdən uzağam. Həmişə sadə olmağımla seçilmişəm".

Yeni il axşamı ilə bağlı yaradıcılıq sifarişlərinin çox olduğunu deyən B.Əliyev bayramı tamaşaçıların qarşısında keçirməyə qərar verib. Yanvarın 1-də isə ailəsilə bir yerdə yeni ili qeyd edəcək. 2007-ci ili həyatında uğurlu il hesab edən sənətkar deyir ki, çəkdiyi bütün əziyyətlərin bəhrəsini məhz bu il görüb.

Xəbər lenti

Xəbər lenti