...

Aybəniz Haşımova bacısının məsləhətlərinə qulaq asır

Cəmiyyət Materials 26 Dekabr 2007 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr /müx. TrendLife Cavid Osmanov/

Hər bir insanın həyatında vacib anlar olur. Belə anlarda isə adama daha çox dostların və yaxınların köməyi lazım olur. Müğənni Aybəniz Haşımova həyatının yadda qalan anları barədə TrendLife-a bunları söylədi.

-Bacım Şahnaz xanım həmişə mənə dəyərli məsləhətlər verib. Doğrudan da onun məsləhətlərinə qulaq asanda həmişə xeyir tapmışam. 1979-cu ildə doqquz yaşım vardı. O vaxt Heydər Əliyevin qarşısında çıxış eləyəndə çox sevinirdim. Bacım sevincimi görüb dedi ki, indidən özünü ulduz hesab eləmə, qoy səni xalq ulduz saysın. Bu, bacımın mənə məsləhətlərindən biri olub. 28 il sənətdə olmağıma baxmayaraq, hələ də onun məsləhətlərinə qulaq asıram.

Xəbər lenti

Xəbər lenti