...

Vəfat etmiş azərbaycanlı zəvvar Həccə "Süleyman M" özəl şirkətinin xətti ilə yola düşübmüş

Cəmiyyət Materials 26 Dekabr 2007 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Vəfat etmiş azərbaycanlı zəvvar Həccə "Süleyman M" özəl şirkətinin xətti ilə yola düşübmüş. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin rəhbəri Müqəddəs Payızov məlumat verib.

Dünən Həccdən vətənə qayıdarkən azərbaycanlı zəvvarlardan biri yolda vəfat edib.

Payızovun sözlərinə görə, vəfat etmiş zəvvar yaşı 70-dən çox olan Hüseynova Zöhrə Mahmud qızıdır. Payızov bildirib ki, mərhum öz əcəli ilə ölüb və Suriyada dəfn olunub.

İki gün bundan öncə vətənə qayıdarkən yolda Zaqatala rayonunun Muxax kənd sakini, 1935-ci il təvəllüdlü Yusif Nurayev vəfat edib. O, beyinə qansızması nəticəsində dünyasını dəyişib və Tabuk şəhərində (Səudiyyə Ərəbistanı) dəfn olunub.

Zəvvarların birinci qrupunun təyyarə ilə Bakıya dekabrın 27-də çatacağı gözlənilir. Azərbaycandan olan bütün zəvvarlar yeni ilə qədər vətənə qayıdacaqlar. Bu il 6 min azərbaycanlı Həcc ziyarətinə yola düşüb.

Xəbər lenti

Xəbər lenti