...

Azərbaycanlı idmançılar il ərzində 452 medal qazanıblar

Cəmiyyət Materials 26 Dekabr 2007 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ Azərbaycanlı idmançılar yola saldığımız ildə beynəlxalq arenalarda 452 medal qazanıblar. Gənclər və idman naziri Azad Rəhimov olimpiya və qeyri-olimpiya idman növləri üzrə həmvətənlərimizin qazandıqları medalların hesaba alındığını bildirib. "Hazırkı göstəriciyə görə, biz son illərin nəticələrini ötmüşük və bu bizi çox sevindirir. Bununla yanaşı, respublikada yunan-roma, sərbəst və qadın güləşi üzrə dünya çempionatları, bədii gimnastika üzrə Avropa Çempionatı, cüdo üzrə lisenziyalı Dünya Kuboku və digər yarışlar da daxil olmaqla, 36 beynəlxalq yarış keçirilib" - nazir qeyd edib. Nazir hazırda ölkədə Bakıda tilikən gimnastika kompleksi və Mingəçevirdə tikilən avarçəkmə bazası da daxil olmaqla böyük idman komplekslərinin ucaldıldığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti