...

Vəkillərin Etik Davranış Kodeksi gələn il qəbul olunacaq

Cəmiyyət Materials 27 Dekabr 2007 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ Vəkillərin Etik Davranış Kodeksi gələ il qəbul olunacaq. Bu barədə Trend ə cümə axşamı Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, Kodeksin layihəsi hazırlanır. Bu istiqamətdə müəyyən işlər görülsə də, sənədi bu il qəbul etmək mümkün olmayıb.

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyada hakimlərin və məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulub. Həmin sahədə tədbirlərdən biri kimi, Vəkillər Kollegiyasına vəkillərin etik davranış qaydalarının hazırlanıb, qəbul edilməsi tapşırılıb.Qaydaların 2007-ci ilin sonuna qədər hazırlanıb qəbul edilməsi nəzərdə tutulmuşdu.

Vəkillər Kollegiyasının üzvü Rəşid Hacılı bildirib ki, kodeksin qəbulu vəkillik institutuna inamı artıracaq, vəkil xidmətinin keyfiyyətini yüksəldəcək və vəkillərin korrupsiya hallarında iştirakının qarşısının alınmasında əhəmiyyət daşıyacaq.

Vəkillərin Etik Davranış Kodeksi Vəkillər kollegiyasının Ümumi Yığıncağı tərəfindən qəbul olunacaq.

Azərbaycanda vəkillərin fəaliyyəti "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunla və Vəkillər Kollegiyasının Nizamnaməsi ilə nizamlanır.

Vəkillər Kollegiyasının 780 üzvü var. Azərbaycan vəkillərin sayına görə Avropa dövlətləri arasında sonuncu sıralarda durur.

Xəbər lenti

Xəbər lenti