Azərbaycan, Naxçıvan, 9 yanvar / Trend , müxbir E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasında "Naxçıvan abidələri" ensiklopediyasının hazırlanmasına başlanılıb. Bu barədə çərşənbə günü Trend in bölgə müxbirinə Naxçıvan MR Ali Məclisindən məlumat verilib. Muxtar respublikada öyrənilən abidələr haqqında ensiklopediyada geniş məlumat olacaq. Naxçıvan tarixi və mədəni abidələrinin beynəlxalq miqyasda tanınması üçün ensiklopediyanın ingilis dilində nəşri də nəzərdə tutulur.
Naxçıvan MR-də tarixi abidələrin pasportlaşdırılması işi başa çatdırılıb və 1143 abidə pasportlaşdırılıb.
Naxçıvan MR ərazisi 5,5 min kvadrat kilometrdir. Ölkə ərazisinin 6,4%-ni təşkil edir. 7 inzibati rayona (Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli ) bölünüb. Əhalisi 384 min 458 nəfərdir.