Azərbaycan, Gəncə, 18 yanvar / Trend , müxbir V.Məmmədov/ Gəncə şəhərində ötən il gigiyenik qaydalara əməl etməyən 17 obyekt bağlanıb. Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Fazil Nəbiyev cümə günü jurnalistlərə bildirib ki, ötən il bağlanılan obyektlərin üçü içtimai iaşə, dördü bufet, biri aptek və bərbərxana, altısı stomatoloji kabinetdir.
İl ərzində Gəncədə 71 obyekt sahibi cərimələnib. Cərimə olunanlardan 21-i ticarət obyektinin sahibləridir.
Nəbiyev deyib ki, cərimə olunanlar arasında şəhərin su kanalı idarəsinin baş mühəndisi, kanalizasiya idarəsinin və mənzil-kommunal təsərrüfat istehsalat birliyinin vəzifəli şəxsləri də var. Şöbə müdirinin sözlərinə görə, cərimələnən obyektlərdən 1771 manat vəsaitin toplanması nəzərdə tutulsa da, məbləğin yalınz 1266 manatı yığılıb.
Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.