...

MTRŞ prezidentdən bədii film istehsalına yardım göstərməyi xahiş edib

Cəmiyyət Materials 22 Yanvar 2008 16:44 (UTC +04:00)
MTRŞ prezidentdən bədii film istehsalına yardım göstərməyi xahiş edib

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir C. Babayeva/ Azərbaycanın Milli Televiziya və Radio Şurası (MTRŞ) dövlət telekanallarında bədii film istehsalının artırılması məqsədilə ölkə başçısına müraciət edib. Bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə MTRŞ-nin sədri Nurşirəvan Məhərrəmli biodirib.

"Biz prezidentdən bədii televiziya filmlərinin istehsalı üçün MTRŞ-yə vəsait ayırmasını xahiş edirik" - deyə Məhərrəmli bildirib.

Yanvarın 1-dən MTRŞ-nin qərarı ilə Azərbaycan telekanallarında xarici dillərdə filmlərin (bədii və sənədli) yayımlanması dayandırılıb. Türk dilində filmlərin yayımlansma müəyyən məhdudiyyətlərlə müvəqqəti olaraq icazə verilib.

"Teleradioyayım"a dair Qanunda "Dövlət tələbatları üçün xüsusi sifarişlər" bəndi mövcuddur. Şura rəhbərinin sözlərinə görə, vəsait ayrıldıqdan sonra, Azərbaycan telekanalları arasında tender elan olunacaq və qaliblər televiziya filmləri çəkəcək. Filmlərin sahibi dövlət olacaq.

Məhərrəmli vurğulayıb ki, MTRŞ maddi-texniki baza və maliyyə ilə bağlı problemləri olan telekanallara yardım göstərəcək, Azərbaycan televiziyası filmlərinin yayımını artıracaq.

Xəbər lenti

Xəbər lenti