...

İki azərbaycanlı "Popstar alaturka"da

Cəmiyyət Materials 22 Yanvar 2008 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar /müx. TrendLife Günel Əhmədova

Türkiyənin "Star"tele-kanalı ilə yayımlanan "Popstar Alaturka" ötən gün fərqli təqdimatı ilə yenidən efirə çıxıb. Yeni seçilmiş iştirakçlar arasında iki azərbaycanlı da var. TrendLife-ın məlumatına görə, bunlar "Azəristart" müsabiqəsindən olan Ülviyyə Tağıyeva və Aygün Şükürovadır.Azərbaycanlı iştirakçıların ifaları bəyənilsə də, bəzi nüanslar münsiflər heytənin gözündən qaçmayıb. Arman Çaqlayan azərbaycanlı ifaçını Sibel Canı təqlid etdiyini və kilosunun çox olduğunu diqqətə çatdırıb. Eyni zamanda, ifasında iradların çox olmadığını vurğulayıb.

Aygünün ifası ilə yanaşı, geyimi münsiflərin müzakirə mənbəyinə çevrilib. Məşq zamanı daha aktiv görünən Aygünün səhnə davranışı üzərində çalışması tövsiyə olunub. Çıxış üçün ona verilən vaxtı dəyərləndirən Aygün həmin gün - 20 Yanvar tarixinin Azərbaycan üçün matəm günü olduğunu söyləsə də, münsiflirən heyətinin sualını doğru cavablandıra bilmədi: "Erməni soyqırımı, falan".

Xəbər lenti

Xəbər lenti