Fransa, Strasburq, 25 yanvar/ " müxbir A. Məhərrəmli/ Strasburqda səfərdə olan Azərbaycan Konstitusiya Məhkəməsinin sədri cümə günü İnsan Haqları üzrə Avropa Məhkəməsinin prezidenti Jan Pol Kosta ilə görüşüb.
Bu barədə Trend ə cümə günü Avropa Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdən sonra Abdullayev Avropa Şurasının üzvü olan 20-yə yaxın dövlətin Kontitusiya Məhkəməsi sədrinin iştirak etdiyi "Avropa Konvensiyası sistemində konsensusun rolu" mövzusunda toplantıya qatılıb.
Avropa Məhkəməsində keçirilən görüşlərdə Azərbaycanla Avropa Məhkəməsi arasındakı əlaqələrin inkişaf etdirilməsi diqqət mərkəzində olub.