Azərbaycan, Bakı, 29 yanvar /müx. TrendLife Türkan İmaməliyeva/
Azərbaycan kinosu çətin dövrlərini yaşayır. Kino sahəsində yaranan çətinliklər isə aktyorlara həm mənəvi, həm də maddi problemlər yaradır. Xalq artisti Rasim Balayev TrendLife-a açıqlamasında bildirib, kinomuzun problemləri onun da karyerasından təsirsiz ötüşməyib: "Müəyyən vaxtlarda kommersiya xarakterli filmlərə dəvət alıram. Məcburiyyətdən, içimdəki mənəvi ehtiyacı ödəmək üçün həmin filmlərə çəkilməyə razılıq verirəm. Ancaq bu, sənət deyil. Mən böyük çəkiliş meydançaları üçün çox darıxıram. Eşitdiymizə görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə bir neçə film çəkiləcək. Hələ ki, gözləyirəm. Ola bilər ki, filmlərdən birinə dəvət alım".