...

Müğənni Xatirə kobud və özündənrazıdır --Kənan M.M

Cəmiyyət Materials 29 Yanvar 2008 20:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar /müx. TrendLife Türkan İmaməliyeva/

Şou-biznesdə ən qalmaqallı klipmeyker imici qazanan Kənan M.M indi də müğənni Xatirə ilə küsüşüb. TrendLife müxbiri onlar arasındakı soyuq müharibənin səbəbini Kənan M.M-dən soruşub: "Xatirə məndən ATV kanalının əməkdaşlarından birinin toyunda küsüb. O, həmin toyda oxuyanda məni rəqsə dəvət etdi. Mən də ayağa qalxıb? Xatirəyə yaxınlaşdım və qulağına pıçıldadım ki, gəl hamının oynadığı yerə tərəf gedək. Elə bunu demişdim ki, Xatirə mikrofonu atıb salonu tərk etdi. Xatirənin hərəkətini başa düşmədim. Bütün məclis bizə baxırdı. Fikirləşdim ki, bəlkə məni düz başa düşmədi. Dalınca gedib ona məni düz başa düşmədiyini anlatmaq istəsəm də, maşınına oturub getdi. Sonra mesajıma da kobud cavab verdi. Ümumiyyətlə, Xatirə ilk dəfə deyil ki belə kobud hərəkətlər edir. O, qadın olsa da, çox kobud və özündənrazıdır".

Yaradıcılığı barədə suala cavab verən Kənan müğənni Sevda üçün klip çəkəcəyini bildirib. Sözləri Azərə, musiqisi Ramala məxsus olan "Ağlama" adlı mahnının klipi abstrakt janrda olacaq. Kənan Aynur Dadaşovanın "Geri dön" mahnısına da klip çəkəcək.

Xəbər lenti

Xəbər lenti