...

"Rəşad Dağlını oyunda qalmağa qoymayacaqlar"-müğənni Sevda Sanalıyeva

Cəmiyyət Materials 31 Yanvar 2008 17:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar /müx. TrendLife Fəridə Məhərrəmqızı/

Lider TV-də yayımlanan "Maşın" realiti-şouda dünən Könül Kərimova səs yığıb kimi isə çıxartmalı idi. Belə də oldu, o lazım olan qədər səs topladı, amma heç kimin adını çəkməmiş Sevda Sanalıyeva əlini maşının üzərindən götürüb, oyunu könüllü tərk etməyə razılaşdı. Sevda gedərkən hər kəslə sağollaşsa da, onun Nigar Talıbova ilə soyuq münasibəti gözdən qaçmadı. Bunun səbəbini Sevdanın özündən öyrəndik. "Nigarla soyuq münasibətimin olmağı İlkin Həsənini oyundan uzaqlaşdırması ilə bağlı idi. Çünki oyundan əvvəl həmin xanım söz vermişdi ki, İlkini çıxarmayacaq. Sözünü tutmadı. Mən də söz verib üstündə durmayan insanlarla münasibəti kəsirəm. Orada tək mən yox, digər iştirakçılar da ondan incidilər. Onu da qeyd edim ki, orada qruplaşma yoxdur. Amma düzgün oyun oynayan Rəşad Dağlını da oyunda saxlamayacaqlar. Çünki o, həmişə düz danışır" - deyə Sanalıyeva bildirdi.

Müğənni onu da qeyd etdi ki, oyundan uzaqlaşmağının səbəbi heç də Kənan M.M-lə bağlı deyil: "Belə söhbətlər gəzir ki, Kənan M.M mənə klip çəkdiyinə görə oyundan çıxmışam. Bu heç də belə deyil. Kənan ötən həftə "Ağlama" mahnıma klip çəkməli idi. Lakin layihədə olduğumdan, imtina etdim.. Hazırda isə Kənan Türkiyədədir. Gələndən sonra klip çəkilişlərinə başlayacağıq".

Sevdanın fikrincə, maşını udmağa üç nəfərin şansı çoxdur: Rüstəm, Rəşad Haşımov və Nigar Talıbova.

Xəbər lenti

Xəbər lenti