...

Avropa Azərbaycanlıları Konqresi İtaliyada "Həftə sonu" məktəbi açacaq

Cəmiyyət Materials 5 Fevral 2008 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 fevral / Trend , müxbir S.İlhamqızı/Avropa Azərbaycanlıları Konqresi İtaliyada yaşayan azərbaycanlı uşaqlar üçün "Həftə sonu" məktəbi açmağa hazırlaşır. Bu barədə çərşənbə axşamı Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bu təklif Avropa Azərbaycanlıları Konqresinin prezidenti Natiq Ağamirovun İtaliyaya səfəri zamanı bu ölkədə yaşayan azərbaycanlılarla görüşündə irəli sürülüb.

Görüşdə iştirak edən Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Emil Kərimov bildirib ki, "Həftə sonu" məktəbinin açılması üçün səfirlik tərəfindən dəstək veriləcək.

"Hətfə sonu" məktəbi İtaliyada yaşayan azərbaycanlılar arasında Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanması məqsədilə təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti