Azərbaycan, Bakı, 05 fevral / müxbir F.Rzayev / UNICEF beynəlxalq təşhkilatı 18 yaşlı azərbaycanlı Elnarə Əhmədovanın məhkum olunması ilə əlaqədar narazılığını bildirib. Əhmədova bilərəkdən QİÇS və HİV infeskiyasını yaymaqda günahlandırılır.
"UNICEF, insan alveri, fahişəlik və pornoqrafiyanın qurbanı olan qızla cinayətkar kimi davranılmasından narahatdır", - çərşənbə axşamı təşkilatın yaydığı məlumatda deyilir.
Çərşənbə günü Bakının Nəsimi məhkəməsi Əhmədovanın işi üzrə hökm çıxaracaq. Əhmədova bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma (AR CM-nin140.1 maddəsi) maddəsi üzrə günahlandırılır.
O, 2003-cü ildən QİÇS -lə Mübarizə Mərkəzinin qeydiyyatındadır. İyulda 100 nəfərin xəstəliyə yoluxdurulmasında təqsirləndirilərək saxlanılıb. Əsasən, 20-25 yaşlarında gənc insanları yoluxdurub.