Azərbaycan, Bakı,06 fevral / Trend /İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova çərşənbə günü ATƏT-in Bakı ofisinin rəhbəri Xose-Luis Herreronu qəbul edib. Bu barədə Ombudsman Aparatının mətbuat xidməti məlumat verib.
X.L.Herrero Ombudsmanla görüşünün gələcək əməkdaşlığın perspektivlərini müzakirə etməkdən ibarət olduğunu söyləyib. O, qarşıdakı seçkilər ərəfəsində Ombudsmanla birgə "Seçki haqqında" Qanunun təbliği üçün treninqlərin keçirilməsini, jurnalistlərlə hüquqi maarifləndirmə işinin genişləndirilməsini, seçki və sərbəst toplaşma hüquqlarının izah edilməsini təklif edib.
Görüşdə məhkəmələrlə iş, demokratik idarəetmə mədəniyyəti, QHT, KİV və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq məsələləri də müzakirə olunub.