...

Jurnalist Azər Nəsibovu peşəkar bəstəkarlardan ayırmıram - müğənni Xatun

Cəmiyyət Materials 8 Fevral 2008 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral /müx. TrendLife Şahin Cavadsoy

Ötən ilin sonlarında yerli şou-biznesdə "mən də varam" söyləyən müğənni Xatun yeniliklər etməyə söz verdi. Bu haqda TrendLife-a danışan Xatun əvvəl "İlin mahnısı-2007"də laureat olmasından danışdı: "Təbii ki, tanınmış müğənnilər cərgəsində mənim də mahnımın yer almasını böyük qələbəm kimi qiymətləndirirəm. Sözsüz ki, mükafat almağımın əsas səbəbi jurnalist fəaliyyəti ilə yanaşı, həm şair, həm də bəstəkar kimi seçilən Azər Nəsibovun mənim üçün yazdığı "Qara nöqtə" mahnısını ifa etməyimdir. Bu işbirliyimizi davam etdirmək niyyətindəyik. Azəri peşəkar bəstəkarlardan ayırmıram. Çünki məhz o, ürəyimi oxuyub, fərqli yaradıcılıq məhsulları ərsəyə gətirir".

Həmkarımız Azər də Xatunun mükafat almasını yüksək dəyərləndirdiyini TrendLife-a söylədi: "Xatun bir çox müğənnilərin illərlə gələ bildiyi yolu, kəsə yolla gəlməyə müvəffəq olub. Məncə, bu, onun ən böyük uğurudur. O ki, qaldı işbirliyimizə, deyim ki, "Qar nöqtə" hitindən sonra çox ritmik bir mahnı üzərində işləyirik. "Qüssədən uzaq" adlanan mahnının sözləri və musiqisi yenə mənə aiddir. Mahnıya ekran həyatı verməyi də düşünürük".

Xəbər lenti

Xəbər lenti