...

Penitensiar Xidmət orta rəis heyəti vəzifələrinə müsahibə elan edib

Cəmiyyət Materials 8 Fevral 2008 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral / " , müxbir K. Zərbalıyeva/ Ədliyyə Nazirliyinin Penitensiar Xidməti psixoloq və mühasib ixtisasları üzrə orta rəis heyəti vəzifələrinə sənəd qəbulu elan edib.

Cümə günü PX-nin ictinaiyyətlə əlaqələr şöbəsindən Trend ə bildirilib ki, qulluğa qəbul müsahibə yolu ilə aparılacaq. Müsahibədə iştirak etmək istəyənlər "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən vətəndaşlar ərizə və müvafiq sənədlərini Penitensiar Xidmətə təqdim edə bilər.

Sənədlər bütün iş günü qəbul olunur.

Xəbər lenti

Xəbər lenti