...

Ədalət Şükürov Kubada səfərdədir

Cəmiyyət Materials 9 Fevral 2008 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 fevral /müx. TrendLife Günel Əhmədova/

TrendLife-informasiya agentliyi əməkdar artist Ədalət Şükürovun klipini Kubada çəkdirəcəyi barədə məlumat vermişdi. Artıq ötən həftədən uzaq diyarda səfərdə olan müğənni Kubanın adət-ənənələrini ekran işinə köçürür.

Xatırladaq ki, orada Ədalətin yaxın dostları yaşayır və onlar müğənniyə məkan seçimində yardımçı olacaqlarına söz vermişdilər. Əldə etdiyimiz məlumata görə, Ədalət Şükürov həftənin bazar günü Bakıya qayıtmalıdır.

Xəbər lenti

Xəbər lenti