Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir Z.Səfərov / İyirmidən artıq ölkədən dağ fatehləri, qarşıdan gələn mayda nəzərdə tutulan Heydər zirvəsinin fəth edilməsində iştirak edə bilərlər.
Respublika Alpinistlər Klubunun sədri Sariqan Mursaqulovun Trend ə bildirdiyinə görə, fəthetmə əlamətdar olacaq, belə ki, Ümummilli lider Heydər Əliyevin 85 illiyinə təsadüf edir. "Bundan əlavə, bu il bizim zirvəni açmağımızın on illiyi qeyd olunur, bununla belə, ikiqat yubiley nəzərdə tutulub", - Mursaqulov qeyd edib.
O, həmçinin, qeyd edib ki, ucalığı 3763 metr olan Heydər zirvəsinə bu yürüş, iyunun əvvəlinə planlaşdırılan səkkiz zirvənin fəth edilməsini nəzərdə tutan iri beynəlxalq ekspedisiya qabağı nəzarət olacaq.