...

Müğənnilər Natavan Həbibi və Xuraman Şuşalı eyni mahnını ifa edəcəklər

Cəmiyyət Materials 21 Fevral 2008 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral/müx.TrendLife Şahin Cavadsoy/

"W trio"nun keçmiş solistləri - Natəvan Həbibi və Xuraman Şuşalı mahnı davasına qalxmasalar da, yerli mətbuat iki sənətçinin şərikli mahnılarının olduğunu diqqət mərkəzində saxlayır. Məlumat üçün bildirək ki, yazılan xəbərlərdə qeyd edilir ki, Xuramanın son günlərdə lentə yazdırdığı "Görüşərik" mahnısı, Natəvanın "Bezdim" hitinin ikinci versiyasıdır. Olanlara münasibət açıqlayan Şuşalı, məsələyə bu aspektdən yanaşdı: "Yox, bu fikirlərlə qəti razılaşmıram. "Görüşərik" hara, "Bezdim" hara? Ola bilər, dinləyiciləri çaşdıran mahnıda müəyyən oxşarlıqların olmasıdır. Bunun da bir səbəbi var. Çünki, ikimizin də oxuduğu mahnılar bir bəstəkarın - İsmayılın əsərləridir".

Natəvandan fərqli olaraq, Xuraman yaxın ərəfələrdə "Görüşərik"ə ekran həyatı verməyi düşünür: "Hələ də seçim etmədiyimdən, deyə bilmərəm, mahınımı konkret hansı rejissor ekranlaşdıracaq. Amma qərarım dəqiq olandan sonra, həmin rejissorun adını mediaya açıqlayacağam".

Xəbər lenti

Xəbər lenti