...

Elməddin İbrahimov İncəsənət Gimnaziyasında oxumaq arzusundadır

Cəmiyyət Materials 23 Fevral 2008 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral /müx. TrendLife Günel Əhmədova/

"Muğam müsabiqəsi-2007"nin finalçılarından olan 11 yaşlı Elməddin İbrahimov qastrol səfərinə hazırlaşır. Azyaşlı xanəndənin TrendLife-a bildirdiyinə görə, o, fevralın 24-də Yekaterinburqa səfər edəcək. Dövlətin dəstəyi ilə təşkil olunan konsertdə Elməddin İbrahimov da çıxış edəcək. Gələn ay, Novruz bayramı ərəfəsində isə muğam ifaçısının Parisdə çıxışı gözlənilir.

Elməddin İbrahimovla söhbətimizdə o, təhsilini davam etdirmək arzusunda olduğunu bildirdi: "Müsabiqəyə qədər mən Gəncədəki musiqi məktəbində oxumuşam. Hazırda Mənsum İbrahimovdan fərdi müğam dərsləri alıram. Təhsilimi İncəsənət Gimnaziyasında davam etdirmək istəyirəm. Gələn il sənədlərimi məktəbə təqdim edəcəm".

Xəbər lenti

Xəbər lenti