...

Bakı Dünya Gənclər Olimpiadası-2014-ün keçirilməsi uğrunda mübarizəyə qoşulmağı planlaşdırır

Cəmiyyət Materials 29 Fevral 2008 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral / " müxbir Z.Səfərov/ Bakı Dünya Gənclər Olimpiadası-2014-ün keçirilməsi üçün namizədliyini irəli sürməyi planlaşdırır. Bu barədə Gənclər və İdman Nazirliyinin baş qərargahında keçirilən mətbuat konfransında nazirliyin mətbuat katibi Samayə Məmmədova bildirib.

Məmmədova qeyd edib ki, bu ideya müzakirə mərhələsindədir, lakin paytaxt yarışın keçirilməsi uğrunda mübarizəyə qoşulmağı planlaşdırır. Böyüklər arasında Olimpiadanın analogiyasına görə, gənclər arasında Oyunlar dörd ildən bir keçirilir və bu yarışın ilk dəfə keçirilməsi hüququ Sinqapura etibar edilib. Bakı bu siyahıda ikinci, bu yarış isə şəhərin bütün idman infrastrukturu üçün sınaq ola bilər.

Xəbər lenti

Xəbər lenti