...

Vatikanın Dövlət Katibi Bakıda Azərbaycanla əməkdaşlıq perspektivlərini müzakirə etmək niyyətindədir – səfir

Cəmiyyət Materials 29 Fevral 2008 16:44 (UTC +04:00)
Vatikanın Dövlət Katibi Bakıda Azərbaycanla əməkdaşlıq perspektivlərini müzakirə etmək niyyətindədir – səfir

Azərbaycan, Bakı, 29 fevral / Trend , müxbir S.Ağayeva/ Vatikanın Dövlət Katibi Tarçizio Bertone martın 6-9-da Bakıya gözlənilən rəsmi səfərində Azərbaycanla əməkdaşlığın perspektivlərini müzakirə etmək niyyətindədir. Bu barədə Trend a cümə günü Berndən telefonla Azərbaycanın İsveçrə və Vatikandakı səfiri Elçin Əmirbəyov məlumat verib.

Vatikan Dövlət Katibinin geniş səfər proqramı hazırlanıb.

Səfir bildirib ki, kardinal Bertone Bakıda prezident İlham Əliyev, Baş nazir Artur Rasizadə, XİN başçısı Elmar Məmmədyarov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, həmçinin, dini məzhəblərin rəhbərləri ilə görüşəcək. Kardinal məscid, provaslav kilsəsi və sinaqoqlara da gedəcək.

Onun Bakının Nobel prospekti, 10 ünvanında yerləşən katolik kilsəsinin təntənəli açılış mərasimində iştirakı da planlaşdırılır.

Kilsə Roma Katolik kilsəsinin maliyyəsi hesabına inşa olunub. Bu gün Azərbaycanın katolik icması təxminən 250 nəfərdən və bu qədər də ölkəmizdə müvəqqəti olaraq yaşayan və işləyən xarici katoliklərdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti