...

Xumar Qədimova model məktəbi açır

Cəmiyyət Materials 3 Mart 2008 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart /müx. TrendLife Şahin Cavadsoy/

"90-60-90" vücuda malik olduğunu israrla vurğulayan müğənni Xumar Qədimova indi də model məktəbi açmaq fikrinə düşüb. Deyilənə görə, bu təklif sənətçiyə dünyada çox tanınan model yetişdiricisi "Best Model of the World"un prezidenti Erkan Özerman tərəfindən gəlib. TrendLife-a məlumat verən sənətçi bunu inkar etməsə də, təklifin məhz ona edilməsinə bu cür aydınlıq gətirdi: "Erkan bəy Bakıya bir neçə dəfə səfər etsə də, mən onunla ötən il İstanbulda verdiym konsert zamanı tanış olmuşam. Bu tanışlıqdan sonra o, mənə qeyri-adi bir təklif verdi. Çoxlarına qəribə gəlsə də, o, mənə Bakıda model məktəbi açmağımı məsləhət bildi. Bəli, Xumar xanım bu dəfə də yenə öz fərqliliyi ilə həmkarlarından seçiləcək. Rəhbəri olacağım məktəb barəsində hələ tam təfərrüatı ilə məlumat vermək istəmirəm. Odur ki, pərəstişkarlarıma deyirəm ki, bir az da səbirli olsunlar".

Xəbər lenti

Xəbər lenti