Azərbaycan, Bakı, 08 mart / Trend ", müxbir K.Zərbəliyeva/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri dünya katoliklərini Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında yardımçı olmağa çağırıb. "Dünya katoliklərinin 5000-dən artıq yepiskopu Xocalı faciəsi ilə bağlı həqiqətləri dünyaya çatdırmalıdır" şənbə günü iqamətgahında Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertonini qəbul edən QMİ sədri Şüyxülislam Allahşükür Paşazadə bildirib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək Azərbaycan xalqına qarşı soyqırım törədiblər. Bir gecədə 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib.
Bertoninin martın 7-dən Azərbaycanda rəsmi görüşlərə başlayıb.
Paşazadə deyib ki, Azərbaycanda dini tollerantlıq mövcuddur və bütün dinlərin inkişafına əlverişli şərait yaradılıb.
Azərbaycanda 458 dini icma qeydə alınıb. Bunlardan 31-i qeyri-islam dini icmalarıdır.