...

Cəlilabadda külli miqdarda narkotik maddə satan şəxs saxlanılıb

Cəmiyyət Materials 13 Mart 2008 20:24 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 13 mart / Trend , müxbir P.Əliyeva/ Bu gün Biləsuvar rayon sakini, 1976-cı il təvəllüdlü Əzizov Emin Fəxrəddin oğlu kustar üsulla hazırlanmış 10 kiloqram həşişi Cəlilabad rayonunda satarkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Əməliyyatı Cəlilabad rayon polis şöbəsi baş narkotiklərlə mübarizə idarəsinin cənub regional şöbəsi ilə birgə keçirib. Qara bazarda həşişin bir kiloqramı 12000 dollar, xaricdə 200-250 min ABŞ dolları dəyərindədir. Əzizovun həşişi kimlərdən aldığı araşdırılır. Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 maddələri ilə cinayət işi başlanıb. Daha bir əməliyyat zamanı isə, Cəlilabad şəhər sakinləri Rzayeva Aygün Əliqayib qızının, Hüseynov Asim Şəmsəddin oğlunun üzərindən 52 qram tiryək və 103 qram heroin aşkar edilib. Bu faktla bağlı Cinayyət Məcəlləsinin 234.4.3 maddəsi ilə cinəyət işi başlanmışdır.

Xəbər lenti

Xəbər lenti