...

Maneələrə baxmayaraq, Gürcüstan Azərbaycanlılarının Konqresinin təsis qurultayı martın 17-də keçiriləcək – həmtəsisçi

Cəmiyyət Materials 15 Mart 2008 14:29 (UTC +04:00)
Maneələrə baxmayaraq, Gürcüstan Azərbaycanlılarının Konqresinin təsis qurultayı martın 17-də keçiriləcək – həmtəsisçi

Azərbaycan,Bakı,15mart/ " müxbir C.Babayeva/ Maneələrə baxmayaraq, Gürcüstan Azərbaycanlılarının Konqresinin (GAK) təsis qurultayı martın 17-də Tbilisidə "Kino Evində" keçiriləcək. Bu barədə şənbə günü Trend -a Tbilisidən telefonla Konqresin həmtəsiçilərindən biri, "Gürcüstan mənim vətənimdir" İctimai Birliyinin sədri Əli Babayev məlumat verib.

Konqresin həmtəsiçiləri azərbaycanlıların Gürcüstanda fəaliyyət göstərdiyi 20-dək QHT-dir. Konqresin məqsədi azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasına kömək etmək və onların problemlərinin həlli yollarını araşdırmaqdır.

"Konqresin təsis qurultayına hazırlıq dövründə Gürcüstanda yaşayan azərbaycanlıların bir araya gəlməsində maraqlı olmayan bəzi qüvvələr qurultayın keçirilməsinin qarşısını almaq məqsədilə maneələr yaradırdı",- deyə Babayev bildirib.

Babayevin sözlərinə görə, Konqresin təsis qurultayına GAK-ın yaradılması ideyasını dəstəkləyən azərbaycanlıların diaspor təşkilatlarından dəstək məktubları ünvanlanıb.

Həmtəsisçinin bildirdiyinə görə, qurultayda Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan-Gürcüstan Parlament Dostluq Qrupunun nümayəndələri, Gürcüstan Ombudsmanı Sozar Subari, azərbaycanlıların sıx yaşadığı Gürcüstan regionlarının qubernatorları, Gürcüstanın məşhur politoloq və konfliktoloqlarının iştirakı gözlənilir.

"Qurultaya nə Gürcüstan, nə də Azərbaycanın siyasi partiyalarının nümayəndələri dəvət olunmayıb. Belə ki, GAK-ın yaradılmasında siyasi məqsəd güdülmür",- deyə Babayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti