...

"Təhsil haqqında" yeni qanun layihəsi Parlamentdə müzakirəyə çıxarılacaq

Cəmiyyət Materials 19 Mart 2008 14:37 (UTC +04:00)
"Təhsil haqqında" yeni qanun layihəsi Parlamentdə müzakirəyə çıxarılacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 mart/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın "Təhsil haqqında" yeni qanun layihəsi aprelin 10-na qədər Parlamentdə ikinci oxunuşda müzakirəyə çıxarılacaq. "Prezident İlham Əliyevin imzaladığı "Ali təhsilin inkişafı haqqında" sərəncama uyğun olaraq, qanun layihəsində dəyişikliklər ediləcək" - deyə çərşənbə günü Trend ə açıqlamasında Azərbaycan Parlamentinin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev məlumat verib.

Bu il yanvar 31-də prezident Əliyev "Azərbaycan Respublikası ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, Təhsil Nazirliyi tabeliyində ali təhsil müəssisələri olan digər qurumlarla birlikdə "2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" layihəsini martın 30-dək hazırlamalıdır. Eləcə də, Xarici İşlər Nazirliyi ölkənin ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası məqsədilə Bolonya prosesinin ölkəmizdə reallaşdırılmasına xidmət edən beynəlxalq müqavilələrin imzalanması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə məsul edilir. Nazirlər Kabinetinə tapşırılıb ki, Təhsil Nazirliyinin təklifləri nəzərə alınmaqla, ali təhsilin bakalavr pilləsində ixtisasların (proqramların) siyahısının YUNESKO-nun və digər beynəlxalq qurumların qəbul etdiyi müvafiq sənədlərə uyğunlaşdırılmasını təmin etsin və bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycanın hazırda qüvvədə olan "Təhsil haqqında" qanunu 1992-ci ildə qəbul olunub. 1995-ci ildən Parlament "Təhsil haqqında" yeni qanun layihəsi hazırlamağa balşayıb, lakin 12 il ərzində yeni qanun qəbul edilməyib.

Yeni qanun layihəsində icbari orta təhsilin 11 ildən doqquz ilədək azaldılması nəzərdə tutulub.

Yeni qanun layihəsi dekabrın 28-də birinci oxunuşda Milli Məclisdə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti