...

Azərbaycan gimnastları Kievdə keçirilmiş Dünya kubokunun finallarında çıxış ediblər

Cəmiyyət Materials 24 Mart 2008 02:26 (UTC +04:00)

Azerbaycan, Bakı, 24 mart / Trend / Azərbaycan gimnastı Aliyə Qarayeva Kievdə keçirilmiş Dünya kubokunda bütün 4 finala vəsiqə qazanıb, martın 23-də çıxış edib.

Azərbaycan Gimnastika federasiyasının rəsmi İnternet-saytı agf.az xəbər verir ki, şənbə günü idmançımız çoxnövlükdə Qazaxstanı təmsil edən Aliyə Yussupova ilə 7-ci və 8-ci yerləri bölüşdürüb.

Azərbaycanın Qrup hərəkətləri üzrə komandası da bazar günü 2 finalda çıxış edib.

Xəbər verilir ki, final yarışmaları izləmək üçün Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev tribunalara qəlmişdir. Həmçinin Ukrayna azərbaycanlıları Konqresinin Gənclər komitəsinin nümayəndələri yarışmalar zamanı azərbaycənlı gimnastlara fəal dəstək veriblər.

Qeyd edək ki, Dünya kubokunun birinci mərhələsinin qalibi rusiyalı Olqa Kapranova oldu. O yarış sahibi ukraynalı Anna Bessonovanı qabaqlayıb. Üçüncü yerin sahibi rusiyalı Vera Sesina olub.

Xəbər lenti

Xəbər lenti