...

Rəqqasə Fatimənin həyat yoladaşından ayrılmasının səbəbi sənət deyildi – Azərbaycanın xalq artisti Aliyə Ramazanova

Cəmiyyət Materials 7 Aprel 2008 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel /müx.TrendLife Safura /

16 yaşında ailə qurub, sonra ailəsi dağılan Fatimənin bu problemləri yaşamasında çoxları, elə Fatimənin özü də sənəti gönahkar bilir. Dəfələrlə bu barədə danışan rəqqasə Fatimə, ailəyə görə sənətdən uzaqlaşdım desə də, onun rəqs müəllimi Aliyə Ramazanova bunu inkar etdi. Vaxtilə balaca bir qızı el şənliyində görən Aliyə xanım, Fatimənin anasının yaxınlaşaraq, mənim qızımla məşğul olarsınızmı?- sualına hə cavabını verdi. Onda Fatimə hələ ailə qurmamışdı. Lakin bir müddətdən sonra o dərslərə gəlmədi -deyən Aliyə xanım, sonradan Fatimənin ailə qurduğunu eşitdi. Bir də Fatimə onun yanına artıq ailəsi dağılandan sonra gəldi:

"Fatimə mənim yanıma gələrək, ailəsinin dağıldığını, körpəsi ilə tək qaldığını dedi. Ona kömək etməyimi xahiş etdi. Mən bu qızı elə əvvəldən çox istəyirdim. Elə o gündən bu günə qədər mən onunlayam. Onun barəsində çox söz- söhbətlər gəzdi. Amma o dözdü. Bu sənət dözüm tələb edir. Onun ailəsinin dağılmasının səbəbisə, sənət deyil"

Xəbər lenti

Xəbər lenti