...

Azərbaycanda yaşamis erməni Azərbaycan dövlətini Avropa Məhkəməsinə verib

Cəmiyyət Materials 16 Aprel 2008 13:57 (UTC +04:00)
Azərbaycanda yaşamis erməni Azərbaycan dövlətini Avropa Məhkəməsinə verib

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda yaşamis erməni Azərbaycan dövlətini Avropa Məhkəməsinə verib.

Bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında İnsan Haqları üzrə Avropa Məhkəməsində Azərbaycan dövlətinin səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib.

Əsgərov bildirib ki, Goranboy rayonunun Gülüstan kəndində yaşamış erməni 1992-ci ildə evindən qovulması barədə Avropa Məhkəməsinə şikayət edərək Avropa Konvensiyası ilə qorunan mülkiyyət hüququnun bərpasını tələb edir.

Səlahiyyətli nümayəndə deyib ki, şikayət Avropa Məhkəməsində icraata götürülüb və bu iş üzrə yazışmalar başlanıb. ""Biz bu işlə bağlı, şikayətin əsassızlığını sübut edən şərhləri Avropa Məhkəməsinə təqdim etmişik",-deyə Əsgərov vurgulayıb.

Əsgərov hesab edir ki, bu iş üzrə Avropa Məhkəməsi Azərbaycana qarşı qərar qəbul etməyəcək.

Hazırda Azərbaycan dövləti ilə Avropa Məhkəməsi arasında 35 şikayət üzrə komunikasiya aparılır. Onların əksəriyyəti ədalətli məhkəmə araşdırması, şəxsi və ailə həyatına hörmət hüququnun, yığıncaqlar və birləşmək azadlığının pozulması ilə bağlıdır.

Əsgərov yaxın gələcəkdə Avropa Məhkəməsində Azərbaycanla bağlı qərarın qəbul ediləcəyinin gözlənilmədiyini deyib.

Avropa Məhkəməsi Azərbaycana qarşı 11 qərar qəbul edib.

Xanlar Hacıyev ikinci dəfə Azərbaycanın Avropa Məhkəməsindəki hakimi seçilib.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti