...

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının tərkibi lisenziyalı turnir üçün müəyyənləşib

Cəmiyyət Materials 19 Aprel 2008 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel / Trend , müxbir Z.Səfərov/ May ayının əvvəlində Romada keçiriləcək lisenziyalı turnirdə iştirak etmək üçün Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının məşqçi qərargahının tərkibi müəyyənləşib.

Trend in xəbər verdiyi kimi, komanda rəhbəri Elçin Cəfərov 60 kq çəki dərəcəsində hərbi quluqçular arasında bir neçə dəfə dünya çempionu olmuş Taleh İsrafilova etibar etmək qərarına gəlib. Bu ondan irəli gəlir ki, Avropa çempionları Vitali Rəhimov və Fuad Əliyev ötən seçmə turlarında son dərəcə uğursuz nəticələr göstərib. Ona görə də mütəxəssis Talehin xeyrinə seçim etmək istəyir. Həmçinin, İlqar Abdulov ( 74 kq), Şalva Qadabadze ( 84 kq), Denis Mişin ( 96 kq) və Anton Botev ( 120 kq) Romaya yola düşəcək.

Qeyd etmək lazımdır ki, hələ ki, "klassik"lərin aktivlərində Fərid Mənsurov ( 66 kq) və Rövşən Bayramovun ( 55 kq) əldə etdiyi iki lisenziya var.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend @trend.az

Xəbər lenti

Xəbər lenti