...

FİDE Bakıda Şahmat Sarayının tikintisinə kömək edəcək

Cəmiyyət Materials 21 Aprel 2008 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / " Trend", müxbir Z.Səfərov/ Bakıda yaxın gələcəkdə Şahmat Sarayı tikiləcək.

Trend in verdiyi xəbərə görə, M.Maqomayev adına Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ərəfəsində FİDE Qran-Prisinin birinci mərhələsinin açılış mərasimində FİDE-nin prezidenti Kirsan İlümjinov bu məlumatla çıxış edib. O qeyd edib ki, Beynəlxalq Federasiya Bakı şəhərində tikiləcək akademiya və muzeyin də daxil olacağı yeni Şahmat Sarayının tikintisini maliyyələşdirməyi planlaşdırır.

İlümjinov Azərbaycan idmanında, xüsusilə də şahmatın inkişafında dövlətin rolunu xüsusi qeyd edib. "Hazırda Teymur Rəcəbov və Şəhriyar Məmədyarov FİDE reytinqində aparıcı mövqe tutur, Azərbaycan yığması isə deyərdim ki, dünyada ən gənc komandalardandır. Şahmatçılarınızın uğurlarını nəzərə alsaq, dövlətin dəstəyi olmadan bunlar mümkün olmadığını görərik. Hazırda Azərbaycanda şahmatın inkişafı üzrə dövlət proqramı hazırlanır" - deyə İlümjanov qeyd edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend @trend.az

Xəbər lenti

Xəbər lenti