...

Hər şeydən öncə qızımın təhsil almasını istəyirəm – Azərbaycan müğənnisi Aybəniz Haşımova

Cəmiyyət Materials 23 Aprel 2008 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /müx.TrendLife Şahin Cavadsoy/

Xanım müğənnilərin, övladlarının ailə həyatı qurmalarında maraqlı olması, sənətçi Aybəniz Haşımovanın heç də ürəyincə deyil. Aybəniz xanımın fikrincə, bütün analar əsasən qızlarının xoşbəxt olmaları üçün onların mütləq təhsil almalarına çalışmalıdırlar: "Bilirsiz ki, mən də qız anasıyam və övladım Aynişan elə də azyaşlı deyil.Ancaq indi onu ərə vermək barəsində əsla düşünmürəm. Çünki, hər şeydən öncə qızımın təhsil almasını istəyirəm. Belə bir deyim var ki, xüsusilə qız uşağının tərbiyyəsində analar məsuliyyət daşıyır. Məhz buna görə bir ana kimi qızıma qayğı göstərirəm. Düşünürəm ki, ağıllı, yüksək intellektual səviyyəyə malik olan Aynişan balam, həyatı boyu özünə uğurlu yol seçəcək. Allah mənim qızımın timsalında cəmi övladları xoşbəxt etsin".

Xəbər lenti

Xəbər lenti