...

Brüsseldə Azərbaycanın eks-prezidentinin yubileyinə həsr olunmuş poçt markaları çap olunub

Cəmiyyət Materials 25 Aprel 2008 14:01 (UTC +04:00)
Brüsseldə Azərbaycanın eks-prezidentinin yubileyinə həsr olunmuş poçt markaları çap olunub

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir C.Babayeva/ Belçika-Azərbaycan Evi və "Evro Xəbər" qəzeti Azərbaycanın eks-prezidenti Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Brüsseldə 2 növ poçt markası çap etdirərək dövriyyəyə buraxıb. Bu barədə Trend -a "Evro Xəbər" qəzetindən məlumat verilib.

Bir markanın üzərində Heydər Əliyevin şəkli, 1923-2008 və "85 Year", digərində isə prezident İlham Əliyevin şəkli və "85 Year" yazılan poçt markaları Belçika Poçt İdarəsi tərəfindən təsdiq edilib.

Bu markalar dünyanın hər bir ölkəsinə ünvanlanan məktublarda istifadə oluna bilər. 2004-cü ildə Belçika-Azərbaycan Evi bu cür poçt markaları çap etdirib.

Martın sonunda Azərbaycan prezidenti İlham Əliyev eks-prezident Heydər Əliyevin 85 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

Xəbər lenti

Xəbər lenti