...

Azərbaycan bir neçə ildən sonra Parisin məşhur tədbirlərinə qatıla bilər – Erkan Özərman

Cəmiyyət Materials 30 Aprel 2008 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /müx. TrendLife Günel Əhmədova

"Azərbaycanda moda sənəti bir o qədər inkişaf etməyib. Ölkənin Parisin möhtəşəm moda yarışmalarına qatılması üçün çox çalışmalıdır" - bu sözləri TrendLife-a "Best Model of the Vorld"ün prezidenti Erkan Özərman dedi. Türkiyənin bu istiqamətdə bir qədər irəlilədiyini söyləyən Erkan bəy belə bir misal çəkdi:

"Bu gün əksər ölkələrdə bahalı marka kimi tanınan geyimlərin çoxu Türkiyənin məhsuludur. Lakin hazır malın üzərinə bəlli markanı vurub 100 dollarlıq malı 1000 dollara satırlar. Çünki nə qədər çalışsa da, Türkiyənin markası dünya civarında bir o qədər tanınmır. Belə bir halda Azərbaycanın adı hələ bir neçə illərdən sonra hansısa bir layihədə çəkilə bilər. Bunun üçün ölkənizdə moda mərkəzləri yaradılmalıdır".

Müğənni Ruhi Əliyevanın rəhbərlik etdiyi "Fashion sity"nin fəaliyyəti ilə yaxından tanış olan E.Özərman onun Avropaya iddalı marka olduğunu bildirdi və onlara bu işdə yardımçı olacağını qeyd etdi.

Xəbər lenti

Xəbər lenti