Azərbaycan, Bakı, 1 may /müx.TrendLife Safura
Uşaqların dostu əməkdar artist Ələkbər əmi kimi tanınan Ələkbər Hüseynov artıq bir ilə yaxındır ki, aramızda deyil. Artistin xalası qızı Şərqiyyə Hüseynova onun yoxluğunu hamı üçün ağır itgi hesab edir:
"Bir ilə yaxındır ki, Ələkbər dünyadan köçüb. O, uşaqların yaxın dostu idi. Uşaqlığı demək olar ki, elə bizdə mənim qucağımda keçib. Çox mehriban, istedadlı insan idi. Onun yoxluğu nəinki, qohumları, yaxınları üçün, həmçinin uşaqlar üçün ağır itgidir. Uşaqlar ilə rahat dil tapmasına səbəb özünün uşaq kimi məsum olması idi. Ələkbər, Polşa kapitulasının verdiyi "Gülüş" ordeninə layiq görülən yeganə azərbaycanlı idi. Bu ordenin sahibləri S. Abrazsov, M.Teyçer, A. Linqrin kimi insanlar olub. Bu gün telekanalların sayı çoxdur. Oradakı uşaq verlişləri də maraqsız deyil. Lakin heç birinin aparıcısı Ələkbər kimi uşaqları ələ ala bilmir. Bu gün onun yeri görünür".
Xatırladaq ki, dişini cərrahiyyə etdirən zaman hepatit virusuna yoluxan Ələkbər Hüseynov ötən ilin avqust ayında dünyasını dəyişib.