...

Türk xalq mahnılarının tanınmış ifaçısı Bakıda çıxış edəcək

Cəmiyyət Materials 1 May 2008 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may/müx.TrendLife Fərid Sadıqov

Sabah Azərbaycan Milli Dram Teatrında Azəri-Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə "Türk atəşfəşanlığı" adlı ədəbi-bədii gecə keçiriləcək. Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı TrendLife-a bildirib ki, tədbirdə Azərbaycan və Türkiyənin tanınmış elm və mədəniyyət xadimləri də iştirak edəcəklər. T.Rüstəmxanlı onu da bildirib ki, mərasimdə türk xalq və vətənpərvərlik mahnılarının tanınmış ifaçısı, müğənni Əhməd Şəfəq də çıxış edəcək. Türk müğənnisi tədbirdə Türkiyə və Azərbaycanın vətənpərllik mahnılarını ifa edəcək.

Xəbər lenti

Xəbər lenti