...

Qafqaz Müsəlmanları İdarəsi Erməni Apostol Kilsəsini Ermənistan-Azərbaycan münaqişəsinə dini məna verməkdən çəkinməyə çağırır

Cəmiyyət Materials 1 May 2008 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / müxbir S.Ağayeva/ Qafqaz Müsəlmanları İdarəsi Dağlıq Qarabağa ümumerməni zəvvarlığının təşkil edilməsini pisləyib.

Mayın 1-də Müqəddəs Eçmiədzin "İrəli Ermənistan, Allaha doğru" şüarı altında Ermənistanın işğal etdiyi Azərbayan ərazilərinə - Dağlıq Qarabağa zəvvarlıq ziyarəti təşkil edib. Bu gün Ermənistandan Şuşaya 500 zəvvarın gələcəyi gözlənilir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Qafqaz Müsəlmanları İdarəsi belə yürüşlərin təşkil edilməsini erməni kilsəsi tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına yardım etmək və xalqların dini əsasda qarşıdurmasına səbəb olmamaq haqqında razılığın pozulması kimi qiymətləndirir. Bu, Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin iştirak etdiyi və 2006-cı ildə Moskvada keçirilən Ümumdünya dini liderlərin sammitinin yekun sənədində də öz əksini tapıb.

QMİ bu aksiyanı Azərbaycan ərazilərinə qeyri-qanuni müdaxilə kimi qiymətləndirir, onun beynəlxalq normalara uyğun olmadığını bildirir və erməni tərəfindən yürüşün dini çalar daşımasının nə qədər acınacaqlı fəsadlara gətirib çıxara bilcəyi ilə əlaqədar ciddi düşünməyi tələb edir. Bu barədə QMİ-nin məlumatında deyilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti