Azərbaycan, Bakı, 5 may /müx. TrendLife Eldar Hüseynzadə/
Mart ayının sonundan belə bir söhbət gəzir ki, bu il caz-festival olmayacaq. Əlbəttə ki, belə bir festivalı keçirmək üçün küllü miqdarda pul lazımdır. Lakin iş tək pul məsələsi deyil. Bu barədə TrendLife-a Emil İbrahim Məmmədov danışıb.
-Bəli, təssüf ki, bu il caz festivalını gözləməyə dəyməz. İş ondadır ki, Bakıda bu tədbiri keçirmək üçün müəyyən məkan yoxdur. Həm Heydər Əliyev sarayı, həm də Opera studiyası hazırda təmirdədir. Caz konsertlərini Filarmoniyada təşkil etmək isə çox çətindir.
-Amma keçən ildə eyni vəziyyət idi, buna baxmayaraq caz festival keçirildi.
-Keçən il biz o festivalı keçirənə qədər çox əziyyət çəkdik.
-Deməli iş tək maddi tərəf deyil?
-Yox, normal məkan olmadığı üçün festivalı keçirmirik. İndi biz caz musiqisini sevənlər üçün ayrı-ayrı konsertlər təşkil etməyi planlaşdırırıq. İnşaallah gələn il məkanlar açıldıqdan sonra çox gözəl bir caz festival keçirəcəyik.